Sudanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mustafa Abdel Halim Dövlət Tərcümə Mərkəzində olub.
Mərkəzin Beynəlxalq əlaqələr idarəsinin rəisi Püstə Axundova ilə görüşdə Sudan ədəbiyyatının Azərbaycan dilinə tərcümə və nəşri, ölkələrarası ədəbi əlaqələrin qurulması və inkişafı istiqamətində görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Sudanın nasir və şairlərinin, o cümlədən görkəmli yazıçı Əl-Tayyib Salihin ədəbi irsinin Azərbaycan oxucusuna çatdırılmasının əhəmiyyəti vurğulanıb, bu istiqamətdə əməkdaşlıq layihələrinin perspektivləri müzakirə edilib.