Avqust ayında da Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir sıra turizm şirkətlərinə və mehmanxanalara lisenziya verilib. Ölkə Prezidentinin 2 sentyabr 2002-ci ildə imzaladığı «Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar»a və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq «Termo Tour Azərbaycan» və «Sindbad» MMC turizm fəaliyyətinə dair xüsusi razılıq (lisenziya) alıb. Hər iki şirkət Bakı şəhərində fəaliyyət göstərir.
   Bundan əlavə, ötən ay Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Bakı şəhərində yerləşən «AEF» mehmanxanası, Qəbələ şəhərindəki “Qafqaz Resort” və “Qafqaz Riverside” hotelləri, Xaçmazda fəaliyyət göstərən «Sahil» mehmanxanası və «Xəzər» turist bazası, Quba şəhərindəki «Bərpa Spa Mərkəzi» və Sumqayıt şəhərində yerləşən «Ləman» istirahət mərkəzinə xüsusi razılıq (lisenziya) verilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar