Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinin daha bir qrup sakini ilə görüşüb.
Komitədən verilən məlumata görə, dövlət başçısının işğaldan azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin doğma yurda effektiv qayıdışı ilə əlaqədar tapşırıqlarının icra vəziyyəti barədə görüş iştirakçılarına ətraflı məlumat verilib.
Qeyd olunub ki, bu il Kərkicahan qəsəbəsinə məcburi köçkünlərin ilk qrupunun qayıdışı nəzərdə tutulub.
Qəbulda iştirak edən sakinlər doğma yurda qayıtmağa hazır olduğunu bildiriblər.