Mədəniyyət və Turizm Nazirliyi hər il Azərbaycanı xarici ölkələrdə keçirilən müxtəlif beynəlxalq turizm sərgilərində təmsil edir.    
   Bu sərgilərdə ölkəmizin turizm imkanları müxtəlif reklam-çap materialları ilə nümayiş etdirilir. Eyni zamanda ölkəmizdə fəaliyyət göstərən turizm şirkətləri və hotellər də nazirlik tərəfindən icarəyə götürülən stendlərdə öz məhsullarını nümayiş etdirmək imkanı əldə edirlər.
   Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsindən aldığımız məlumata görə, 2014-cü ildə Azərbaycanın 18 beynəlxalq turizm sərgisində təmsil olunması nəzərdə tutulur. Beləliklə, növbəti ildə respublikamızın turizm imkanları aşağıdakı sərgilərdə nümayiş etdiriləcək: İspaniya (Madrid) - 22-26 yanvar «Fitur», İran (Tehran) - 28 - 31 yanvar «HT&T 7th Iran Hotel, "Travel & Tourism International Exhibition», Türkiyə (İstanbul) - 30 yanvar - 2 fevral «EMİTT», ABŞ (Nyu-York) - 28 fevral - 2 mart «The New York Times Travel Show», Almaniya (Berlin) - 5 - 9 mart «İTB», Rusiya (Moskva) - 19 - 22 mart «MİTT», Ukrayna (Kiyev) - 26 - 28 mart «UİTT», Azərbaycan (Bakı) - 3 - 5 aprel «AİTF», Çin (Pekin) - 9 - 11 aprel «COTTM», Gürcüstan (Tbilisi) - 11 - 13 aprel «Caucasus Tourism Fair», Qazaxıstan (Almatı) - 23 - 25 aprel «KİTF», Birləşmiş Ərəb Əmirliyi (Dubay) - 5 - 8 may «ATM», Almaniya (Frankfurt) - 20 - 22 may «IMEX», Koreya (Seul) - iyun «KOTFA», Yaponiya (Tokio) - sentyabr «JATA», Fransa (Paris) - sentyabr «Top Resa», İspaniya (Barselona) - noyabr «EİBTM», Böyük Britaniya (London) - noyabr «WTM».

    Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar