Xəbər verdiyimiz kimi, Afrikanın Zambiya və Zimbabve respublikalarının birgə təşkilatçılığı ilə Dünya Turizm Təşkilatı Baş Assambleyasının XX sessiyası keçirilib. Sessiyada Dünya Ticarət Təşkilatının keçmiş baş direktoru Paskal Lami DTT-nin Turizm Etikası üzrə Dünya Komitəsinə yeni sədr seçilib.
   Komitə DTT-nin Turizm Etikası üzrə Qlobal Kodeksinin şərhinə, tətbiqinə və vəziyyəti qiymətləndirməsinə məsul olan müstəqil təşkilatdır. Komitənin vəzifəsi kodeksin təbliği və yayılması, həmçinin onun həyata keçirilməsinə nəzarət və qiymətləndirmədir.

Fəxriyyə