Sentyabrın 16-da Azərbaycan Turizm İnstitutunda və Bakı Turizm Peşə Məktəbində 2013/2014-cü tədris ilinin başlanması ilə bağlı tədbir keçiriləcək. İnstitutdan verilən məlumata görə, “Bilik günü” mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı gözlənilir. Tədbirdə yeni dərs ilinin başlanması münasibətilə təbriklər səslənəcək, ATİ-yə yüksək balla qəbul olunanlara tələbə biletləri təqdim ediləcək.