Sentyabr ayı ərzində Mədəniyyət və Turizm Nazirliyi ölkəmizi iki beynəlxalq turizm sərgisində təmsil edəcək.
   
   Nazirliyin Turizm şöbəsinin Turizmin marketinqi və təbliğatı sektorunun baş məsləhətçisi Türkan İsmayılovanın qəzetimizə verdiyi məlumata görə, sərgilərdən birincisi sentyabrın 12-dən 15-dək Yaponiyanın paytaxtı Tokioda keçirilir. «YATA-2013»də Azərbaycan turizmi 45 kvadratmetr sahədə nümayiş etdirilir.
   Sərgidə Turizmin marketinqi və təbliğatı sektorunun müdiri Vüqar Şıxəmmədov və Tədqiqat işləri, statistika və lisenziyalaşdırma sektorunun baş məsləhətçisi Seymur Həsənov, «Geo travel», «İmprotex travel», «AL travel», «Enc tour», “Turizm.az”, «Spekr travel» və «Vokano travel» şirkətlərinin təmsilçiləri iştirak edir. Tədbirdə ziyarətçilərə paylanması üçün ingilis və yapon dillərində respublikamızın turizm imkanlarını əks etdirən 20 adda reklam-çap məhsulu hazırlanıb.
   Qeyd edək ki, ölkəmiz 2007-ci ildən başlayaraq artıq altıncı dəfədir ki, «YATA» sərgisində iştirak edir. Bu il sərgiyə 150 ölkədən şirkətlər qatılıb.
   * * *
   Bu ay ölkəmizin təmsil olunacağı növbəti sərgi 24-27 sentyabr tarixində Parisdə baş tutacaq. «Topresa-2013» sərgisində ölkəmizin turizm potensialının nümayiş etdirilməsi məqsədilə 60 kvadratmetr sahə icarəyə götürülüb.
   Sərgidə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdir müavini Rauf Paşayevin rəhbərliyi ilə heyət iştirak edəcək. Heyətə nazirliyin mətbuat katibi Zöhrə Əliyeva, Turizmin marketinqi və təbliğatı sektorunun aparıcı məsləhətçisi Leyla Verdiyeva, «Qafqaz travel», «Billur travel», «Geo travel», «RVS travel», «Millennium Tourism & Congress DMC», «Gilan tourizm», «SW travel» və AZAL-ın, eyni zamanda «Qallery Hotel»in nümayəndələri daxildir. Sərgidə ziyarətçilərə ingilis və fransız dillərində ölkəmizə dair buklet, broşür və digər əyani vəsaitlər təqdim ediləcək.
   Qeyd edək ki, 2013-cü ilin ötən müddətində Azərbaycan 15 ölkədə keçirilən beynəlxalq turizm sərgisində təmsil olunub. İlin sonuna qədər bu sayın 21-ə çatdırılması nəzərdə tutulur. 

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar