Cəlil Məmmədquluzadənin Nehrəm qəsəbəsindəki xatirə muzeyində “Naxçıvan Muxtar Respublikasının 100 illik taleyində öz imzası olan ictimai xadim – Cəlil Məmmədquluzadə” adlı tədbir keçirilib.

Böyük ədibin anadan olmasının 155 illiyi münasibətilə təşkil olunan tədbirdə Babək Rayon Mədəniyyət İdarəsinin müdiri Fətəli Axundzadə, “Şərq qapısı” qəzetinin əməkdaşı Fariz Əhmədov çıxış ediblər. Qeyd olunub ki, Mirzə Cəlil geriliyə və cəhalətə qarşı barışmaz mübarizə aparıb.

Muzeyin direktoru Gülnarə Sadiqova vurğulayıb ki, ədib öz vəsaiti hesabına məktəb daxilində tarix-diyarşünaslıq muzeyi yaradıb. Nehrəm kənd məktəbində 7 il müəllim işlədiyi məktəb 1989-cu ildən xatirə muzeyi kimi fəaliyyət göstərir və burada qorunub saxlanılan 1126 eksponatdan 641-i ekspozisiyada sərgilənir. Bununla yanaşı, muzeydə ədibin özünə və ailə üzvlərinə aid əşyalar, fotoşəkillər və digər eksponatlar nümayiş olunur.

Muzeyin əməkdaşları ədibin məqalə və felyetonlarını bədii qiraət edib, ekspozisiyaya baxış olub.

Nurəddin