Mədəniyyət və Turizm Nazirliyi I Bakı Beynəlxalq Turizm Filmləri Festivalı çərçivəsində "Odlar Yurdu" fotomüsabiqəsini elan edir.
   Müsabiqəyə Azərbaycanın təbiət mənzərələrini, adət-ənənələrini, tarixi abidələrini əks etdirən fotolar qəbul olunur.
   Müsabiqənin keçirilməsində məqsəd tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən olan Azərbaycanın turizm potensialına diqqət cəlb etməkdir.
   Fotolar 30 oktyabr 2013-cü il tarixinədək qəbul olunur. Hər iştirakçı maksimum 5 foto təqdim edə bilər.
   Qalibləri beynəlxalq münsiflər heyəti müəyyən edəcək. Ən yaxşı işlər 20-24 noyabr 2013-cü il tarixində Nizami Kino Mərkəzində sərgilənəcək.
   Qaliblər festivalın təntənəli bağlanış mərasimində mükafatlandırılacaq.
   Ətraflı məlumatı Bakı Beynəlxalq Turizm Filmləri Festivalının saytından əldə etmək olar: http://www.bitff.az
   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar