12 cildlik “Atlantik Kodeksi”nin rəqəmsal sərgisi
İntibah dövrünün ən məşhur dahisinə həsr olunmuş rəqəmsal sərgi çərçivəsində ilk dəfə Avstraliyada Leonardo da Vinçinin 12 cildlik “Atlantik Kodeksi” epopeyasının orijinal səhifələri təqdim olunacaq. Sərgi martın 16-da Melburn şəhərindəki “Lume” Sərgi və Konfrans Mərkəzində açılacaq.
1637-ci ildən Milanın “Ambrosiana” kitabxanasında saxlanılan və İtaliya Mədəniyyət Nazirliyinin icazəsi ilə qismən Avstraliyaya göndərilən çoxcildlik 1478 – 1519-cu illəri əhatə edir və 1119 səhifədən ibarətdir. Onlarda müxtəlif mövzularda – aerodinamika, döyüş maşınları, musiqi alətləri, həndəsə, botanika və sairə üzrə təsvirlər və qeydlər var. Bu monumental əlyazma heykəltaraş Pompeo Leoni tərəfindən XVI əsr Florensiya nəşrinin səpələnmiş vərəqlərindən tərtib edilib, onun məhsuldar eskizləri, dizaynları, ixtiraları və yazıları tez-tez dahi şəxsiyyətin məşhur şah əsərlərinin kölgəsində qalır. “Atlantik Kodeksi”nin geniş ictimaiyyətə ilk təqdimatı 2009-cu ildə Milanda, sonuncu – iyirmi dördüncü təqdimatı isə 2015-ci ildə baş tutub. Əsər 50 səhifəlik kiçik hissələrlə nümayiş etdirilib və hər sərgi üç ay davam edib.
Melburn sərgisində, həmçinin Romadakı Leonardo da Vinçi Muzeyində sənətkarlar tərəfindən yaradılan Leonardo dizaynlı 40 maşın və qurğular, o cümlədən sualtı nəfəs aparatı, hərəkəti nizamlayan çarx, avtomobil domkratı və əfsanəvi uçan maşın nümayiş etdiriləcək.