Martın 9-da Londondakı Müqəddəs Ceyms kilsəsində soydaşımız Vüsalə Babayevanın solo konserti olacaq.
Bakı Musiqi Akademiyasının məzunu, hazırda dünyanın ən nüfuzlu musiqi təhsili ocaqları olan London Kral Musiqi Kollecinin magistratura pilləsində təhsil alan Vüsalə xanım klassik fortepiano musiqisindən zövq almaq istəyənlərin qarşısında maraqlı proqramla çıxış edəcək.
Proqrama Frederik Şopenin “Mazurka” və “Böyük parlaq polonez mi-bimol” əsərləri, Sergey Prokofyevin 7 nömrəli sonatası və Sevda Məmmədlinin “Laçın balladası” daxildir.
Vüsalə Babayeva London Kral Musiqi Kollecində təhsil alan ilk azərbaycanlıdır. O, hələ məktəbli ikən beynəlxalq müsabiqələrdə ölkəmizi uğurla təmsil edib. Londonda təhsil almaqla bərabər, konsert fəaliyyətinə də davam edir.
Londondakı konsert Müqəddəs Ceyms kilsəsinin yutub kanalı ilə canlı yayımlanacaq.
Gülcahan