Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Prezident İlham Əliyevin Azərbaycan qadınlarına ünvanladığı təbrik məktubu oxunub. Məktubu Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva səsləndirib.
Sonra çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova qadınların çalışdıqları sahələrdə uğur qazanmaları üçün ölkəmizdə bütün şəraitin yaradıldığını bildirib. Qeyd edib ki, dövlətimiz tərəfindən qadınların əməyi yüksək qiymətləndirilir, o cümlədən dövlət idarəçiliyində gender amilinə diqqət son illərdə daha da artırılıb. Qadınlar ölkəmizin ictimai-siyası, sosial-iqtisadi, mədəni həyatında fəal iştirak edirlər. Ötən 20 il ərzində Azərbaycan qadınlarının üç qurultayı və bir forumu keçirilib.
Dövlətimizin qadın siyasətindən bəhs edən videoçarx nümayiş olunub.
Bayram tədbiri konsert proqramı ilə davam edib.