Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinin və mehmanxanaların rəhbərlərinə müraciət edib.

Müraciətdə bildirilir ki, gələn il yanvarın 19-dan fevralın 8-nə qədər ABŞ-ın Ticarət Nazirliyi tərəfindən «Special American Business İntership Training» (SABİT) proqramı çərçivəsində ABŞ-da «Kompleks regional inkişaf və turizm infrastrukturunun marketinqi» mövzusunda təlim kursu keçiriləcək.
Nazirliyin Turizm şöbəsindən aldığımız məlumata görə, təlim kursu yüksək səviyyəli menecerlər üçün nəzərdə tutulur və iştirakla bağlı beynəlxalq nəqliyyat (Kiyev şəhərindən ABŞ istiqamətinə və geriyə) və yaşayış xərcləri təşkilatçılar tərəfindən ödənilir. Təlim kursu rus dilində keçiriləcək.
Məlumat üçün bildirək ki, SABİT proqramı ABŞ Konqresi tərəfindən maliyyələşdirilir və Avropa, Mərkəzi Asiya ölkələrinə bazar iqtisadiyyatına keçiddə texniki yardım göstərilməsini nəzərdə tutur. Proqramın iki əsas məqsədi var. Birincisi, bu proqram Avrasiya ölkələrində Birləşmiş Ştatların mütəxəssisləri tərəfindən hazırlanmış yeni texnologiyaların köməyi ilə qeyri-adi turizm növlərinin inkişafına yardım etmək üçün həyata keçirilir. Digər tərəfdən isə, Amerikada fəaliyyət göstərən turizm şirkətləri SABİT proqramının köməyi ilə bu regionun ölkələrində bazar iqtisadiyyatı normalarının bərqərar olmasında yaxından iştirak edir, həmin ölkələrin mütəxəssisləri ilə sıx əməkdaşlıq edirlər.
4 həftəlik təcrübə proqramında turizm şirkətlərinin və mehmanxanaların təmsilçiləri idarəetmə və maliyyələşdirmənin Qərb konsepsiyaları ilə tanış olur, Birləşmiş Ştatların aparıcı turizm mütəxəssislərindən bu sahədə məsləhətlər alırlar.
Ötən il proqram çərçivəsində Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Ukrayna və Özbəkistanın turizm şirkətlərinin təmsilçiləri treninq proqramında iştirak etmişdilər.

 Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar