M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində “Piano & Cello” musiqisi axşamı keçirilib.
Martın 9-da gerçəkləşən konsertdə Səidə Tağızadə (piano) və Lizi Ramişvili (cello, Gürcüstan) çıxış ediblər.
Proqramda A.Rzayevin “Düşüncə”, S.Tsintsadzenin “Pyeslər”, R.Schumanın “Fantastik pyeslər”, C.Debussynin “Sonata” (d-moll) və J.Brahmsın “1 saylı sonata” (op.38) əsərləri səsləndirilib.