Martın 11-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Novruz görüşü” adlı layihəyə başlanılıb. Layihənin məqsədi musiqi və incəsənət təhsili sahələrinə dair mövzuların gündəmə gətirilməsi və populyar dildə təqdim olunmasıdır.
Layihənin ilk tədbiri martın 11-də Üzeyir Hacıbəylinin Ev-Muzeyində keçirilib. Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti rektorunun professional inkişaf üzrə müşaviri, “Cadenza” orkestrinin bədii rəhbəri, bəstəkar Türkər Qasımzadə tərəfindən ustad dərsi təşkil edilib.
Musiqi və incəsənət sahələri üzrə tələbələrin qatıldığı dərsdə qeyd olunan sahələrdə tədrisin müasir vəziyyəti və yeni çağırışlar mövzusunda diqqət mərkəzinə çəkilib, müzakirə aparılıb.
Qeyd edək ki, layihə çərçivəsində tanınmış və sahəsi üzrə peşəkar şəxslər tərəfindən növbəti görüşlər martın 15-dək davam edəcək.