“Muzeydə musiqi” layihəsində növbəti konsert
Mədəniyyət Nazirliyi və Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə keçirilən “Muzeydə musiqi” layihəsi çərçivəsində növbəti konsert olub.
Muzeydən bildirilib ki, “Elimizə bahar gəlir” adlı konsert proqramında Beynəlxalq Muğam Mərkəzinin solistləri – xanəndələr Nisbət Sədrayeva, Mirələm Mirələmov, Almaxanım Əhmədli, Könül Xəlilzadə, Ariz Hüseynov çıxış ediblər. Onları tarda Rüstəm Müslümov, kamançada Elnur Salahov, balabanda Rəfael Əsgərov, həmçinin qanun ifaçısı Məhta Məhəmmədəlizadə, nağaraçı Siyavuş Kərimov müşayiət ediblər.