Oktyabrın 31-dən Bakıda işə başlayan III Beynəlxalq Humanitar Forumun qonaqlarını paytaxtımızın və ölkəmizin gəzməli-görməli yerləri ilə yaxından tanış etmək üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bəzi layihələr reallaşdırılır. Nazirliyin Daxili turizmin inkişafı sektorunun böyük məsləhətçisi Cəfər Qarayevin sözlərinə görə, noyabrın 2 və 3-də forum qonaqlarının turizm potensiallı regionlara səfərləri təşkil olunacaq.
Forumla bağlı təşkil edilən proqramlardan biri də Bakı şəhəri üzrə gəzinti turunun reallaşdırılmasıdır. Oktyabrın 30-dan başlayan şəhər turları noyabrın 2-dək davam edəcək. Turlar zamanı qonaqları rus və ingilisdilli bələdçilər müşayiət edir, onlara Bakının mədəniyyət və incəsənət mərkəzləri, görməli məkanları və s. haqda ətraflı məlumat verirlər. Turlar saat 10-dan 19-dək həyata keçirilir.

Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar