Noyabrın 19-dan 21-dək İspaniyanın Barselona şəhərində keçiriləcək «EİBTM-2013» adlı beynəlxalq turizm sərgisində ölkəmizi mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. Nümayəndə heyətində nazirliyin əməkdaşları, Azərbaycan Konqres Bürosu, «Billur Tour», «Geo Travel», «Gilan Turizm», «Milennium Turizm» şirkətlərinin, “Four Seasons Baku» və «Jumeirah Bilgah Beach» mehmanxanalarının nümayəndələri də olacaq.
Azərbaycanın ilk dəfə iştirak edəcəyi bu sərgidə ziyarətçilərə paylanması üçün ingilis və ispan dillərində reklam-çap məhsulları hazırlanıb. Sərgidə ölkəmizin turizm potensialı 51 kvadratmetrlik sahədə nümayiş etdiriləcək.
Bu ay Azərbaycanın iştirakı ilə daha bir sərgi Polşanın paytaxtı Varşavada baş tutacaq. 28-30 noyabr tarixində reallaşacaq «TTWARSAW-2013» sərgisində ölkəmizin turizm imkanlarının nümayiş etdirilməsi üçün 26 kvadratmetrlik sahədə stend quraşdırılacaq. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edəcək. Heyətdə «Geo Travel», «Qafqaz Travel», «Regea Travel» və «Heritage Travel» şirkətlərinin nümayəndələri də yer alacaq.
Qeyd edək ki, ölkəmiz Polşada keçirilən beynəlxalq turizm sərgilərində dəfələrlə iştirak etsə də, «TTWARSAW-2013» sərgisində ilk dəfə təmsil olunur.

Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar