Turizm İnstitutunda “Bayraq qürur mənbəyimizdir” mövzusunda dəyirmi masa keçirilib. ATİ Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə təşkil olunan dəyirmi masada institutun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov çıxış edərək bildirib ki, milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada dalğalanıb: “1991-ci ildə dövlət müstəqilliyimizin bərpasından sonra bu bayrağı yenidən başımız üzərinə qaldırdıq. Bu gün dünyanın hər yerində qürurla dalğalanan üçrəngli bayrağımız Azərbaycanın şərəf rəmzidir. 2009-cu ildən ölkəmizdə 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd olunur”.
Tarix elmləri namizədi Məhərrəm Zülfüqarlı istiqlal tariximizin şanlı səhifələrindən söz açıb. Tələbələr Bayraq Gününün əhəmiyyəti barədə fikirlərini bölüşüblər.

Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar