Hindistanın Bubanesvar şəhərində Avrasiya İpək Yolu Universitetləri Konsorsiumunun (ESRUC) 4-cü illik qurultayı keçirilib. Tədbirdə Azərbaycan Turizm İnstitutunun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov iştirak edib. Türkiyənin Atatürk Universitetinin təşkilatçılığı və Hindistanın Kalinqa Sənaye Texnologiyası Universitetinin ev sahibliyi ilə keçirilən qurultayın əsas mövzusu İpək Yolu boyunca sosial, mədəni və qlobal məsələlərin araşdırılması olub. 16 bölmədə təşkil edilən tədbirdə iştirakçılar ali təhsildə ən yaxşı idarəetmə təcrübələri, birgə tədqiqat layihələrini müzakirə ediblər.
Səfər çərçivəsində ATİ-nin Hindistanın Kalinqa Sənaye Texnologiyası Universiteti, Türkiyənin Muş Alparslan Universiteti və Amasya Universiteti ilə əməkdaşlıq sənədləri imzalanıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar