Ölkəmiz ilk dəfə \"Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası\"nda iştirak edib

Noyabrın 14-dən 17-dək İtaliyanın Paestum (Kapaço-Pestum) şəhərində \"Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası\" keçirilib. Tədbirdə ölkəmizi mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətində Azərbaycan Milli Elmlər Akademiyası, \"Miras\" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və bir sıra özəl şirkətlərin nümayəndələri yer alıblar.

Ölkəmizin ilk dəfə olaraq geniş şəkildə təmsil olunduğu yarmarkada Avropanın və dünyanın 30-a yaxın ölkəsinin, eləcə də İtaliyanın əksər regionlarının və arxeoloji irsin mühafizəsi və təbliği üzrə ixtisaslaşmış təşkilatların stendləri qurulub. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qurulmuş stenddə ölkəmizin zəngin irsi və turizm potensialı barədə sərgi iştirakçılarına məlumat verilib, ziyarətçilərə çoxsaylı video və çap materialları paylanıb.
UNESCO-nun, Mədəni Mülkiyyətin Qorunması və Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (İCCROM), Dünya Turizm Təşkilatının (DTT) və digər beynəlxalq qurumların tərəfdaşlıq etdiyi layihədə 2013-cü ildə \"xüsusi qonaq ölkə\" qismində Venesuela Respublikası çıxış edib.
İtaliyanın Paestum şəhərinə səfəri çərçivəsində Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Salerno əyalətinin prezidenti Antonio İannone, Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifahi, UNESCO-nun baş direktorunun müşaviri Munir Buşenaki, Mədəni Mülkiyyətin Qorunması və Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (İCCROM) baş direktoru Stefano de Karo, sərgi-yarmarkanın kuratoru və əsas təşkilatçısı Uqo Pikarelli ilə görüşlər keçirib. Ölkəmizlə əlaqələrin daha da gücləndirilməsi, gələcək əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar