«Şahdağ» Qış-Yay Turizm Kompleksi dekabrın 15-də başlayacaq növbəti qış mövsümü üçün qiymətləri elan edib. Kompleksin müdiriyyətindən verilən məlumata görə, yeni mövsümdə böyüklər üçün bir həftəlik putyovkanın qiyməti 400 manat, uşaqlar üçün (6-11 yaş) 320 manat təşkil edir. Birgünlük istirahət və yaşam üçün qiymət böyüklər üçün 15, uşaqlar üçün 12 manat təşkil edir. Xidmətlərlə birlikdə birgünlük qiymət 25, 2 gün 43, 3 gün 60 manat, 4 gün 76, 5 gün 90 manat, 7 gün 112 manatdır. Piyada gəzinti böyüklər üçün 10 manat, uşaqlar üçün 5 manatdır.
«Şahdağ» Qış-Yay Turizm Kompleksində builki qış mövsümündə turistlər üçün yeni xidmətlər də təklif olunacaq. Bu mövsümdə yeni hotelin açılışı, turistlər üçün qar motosikletlərinin istifadəyə verilməsi planlaşdırılır. Bununla yanaşı, turistlər üçün atla gəzintilər, dağlarda turnirlər təşkil ediləcək. Hazırda dağ turnirlərinin təşkili üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə danışıqlar aparılır.
Qeyd edək ki, kompleksin ilk mərhələsinin açılışı 2012-ci ilin dekabrında keçirilib. Qusar rayon mərkəzindən 32 kilometr məsafədə, Şahdağ Milli Parkının ərazisində yerləşən kompleksin 2058 hektar sahəsi var. «Şahdağ» kompleksi Azərbaycan tarixində ilk dağ-xizək kurortudur. Hazırda «Şahdağ» kompleksində qış mövsümünə ciddi hazırlıq işləri gedir. İstirahət mərkəzində 3 yeni hotelin istifadəyə verilməsi nəzərdə tutulur.
Kompleksin açılışından sonra Qusar rayonuna gələn turistlərin sayında da artım müşahidə olunub. Rayon Mədəniyyət və Turizm Şöbəsindən verilən məlumata görə, bu ilin yay mövsümü ərzində rayona 20 minə yaxın turist gəlib. Turistlər daha çox «Şahdağ» Qış-Yay Turizm Kompleksində istirahət etməyə maraq göstəriblər. Rayona istirahətə gələn qonaqların arasında əcnəbilərin sayı da artıb. Xarici turistlər arasında Rusiya, Ukrayna və Türkiyədən gələnlər üstünlük təşkil edib.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar