Moldovadakı müsabiqədə 2 qızıl, 5 gümüş, 4 bürünc medal əldə olunub

Noyabrın 15-də Azərbaycan Milli Kulinariya Assosiasiyası (AMKA) üzvlərinin Moldovanın Kişineu şəhərində keçirilən beynəlxalq kulinariya müsabiqəsində uğurlu çıxışı ilə bağlı mətbuat konfransı keçirildi.
AMKA-nın prezidenti, müsabiqənin münsiflər heyətində təmsil olunan Tahir Əmiraslanov bildirdi ki, noyabrın 4-dən 9-dək davam edən yarışmada Milli Kulinariya Assosiasiyasının üzvləri iştirak ediblər: «Çempionatda 10 ölkə - Azərbaycan, Moldova, Rumıniya, Türkiyə, Bolqarıstan, Avstriya, Kipr, Rusiya, Ukrayna, Özbəkistan iştirak edirdi. Rusiyadan isə 4 komanda - Rostov, Kostroma, Komi, Moskva qoşulmuşdu».
Assosiasiya sədrinin sözlərinə görə, müsabiqədə Azərbaycan kulinarları yüksək peşəkarlıq nümayiş etdiriblər. Belə ki, 3 yarışmada, 13 sinifdə mübarizə aparan kulinarlarımız Anar Qasımov, Namiq Kazımov, Behman Ələkbərli və Tərlan Abdullayev ölkəmizə 2 qızıl, 5 gümüş, 4 bürünc medal qazandırıb.
Komandasının bu nəticəsini müsbət hesab etdiyini deyən baş kulinar «Azersun Holding» şirkətinə keyfiyyətli məhsullarına və Mədəniyyət və Turizm Nazirliyinə verdiyi dəstəyə görə öz minnətdarlığını bildirdi.
Azərbaycan Milli Kulinariya Assosiasiyasının baş mühəndis-texnoloqu Tərlan Abdullayev qeyd etdi ki, yarışa yerli istehsal olan ərzaqları aparıblar: «Biz özümüzlə «Azersun Holding» şirkətinin istehsalı olan «Super Sun», «Zeytun bağları» yağları və «Bizim mətbəx» mayonezini aparmışdıq. Hesab edirik ki, yerli məhsulların keyfiyyəti də qazanılan nəticələrə öz müsbət təsirini göstərdi».
Azərbaycanın Moldovadakı səfirliyinin işçiləri də kulinarlarımıza daimi qayğı göstəriblər. AMKA nümayəndəsi bildirdi ki, Moldovada T.Əmiraslanovun “Azərbaycan mətbəx mədəniyyət kitabı” moldovan dilinə tərcümə olunub və çapa hazırlanır.

Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar