Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Niyazi adına 22 nömrəli Uşaq musiqi məktəbi “Ecazkar aləm” adlı konsert keçirib.

Konsert görkəmli pianoçu, bəstəkar, caz-muğamın yaradıcısı Vaqif Mustafazadənin (1940–1979) yaradıcılığına həsr olunub.

İfalardan əvvəl Azərbaycanın musiqi mədəniyyətində silinməz iz qoyan pianoçunun yaradıcılığından bəhs edilib. Qeyd olunub ki, orijinal ifaçılıq üslubuna malik Vaqif Mustafazadə muğamlarımızı ənənəvi caz texnikası ilə birləşdirərək muğamla cazın uğurlu sintezini yaradıb.

Konsertdə müəllim və tələbələr tərəfindən Vaqif Mustafazadənin, eləcə də digər caz sənəti nümayəndələrinin əsərləri ifa edilib.