Azərbaycan Respublikasının Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi BMT tərəfindən təşkil edilmiş “İllik bazar”da iştirak edib.
Daimi nümayəndəlikdən bildiriblər ki, hər il ənənəvi olaraq BMT-nin Cenevrə şəhərindəki bölməsində - Millətlər Sarayında təşkil olunan “İllik bazar”ın keçirilməsində məqsəd ölkələr tərəfindən onların mədəniyyəti, incəsənəti, mətbəxi və adət-ənənələrinin təbliği və dünyanın müxtəlif bölgələrində yaşayan uşaqlara yardım üçün təsis olunmuş xeyriyyə fonduna töhfə verilməsidir.
Builki “İllik bazar” “Uşaqlar naminə ittifaq” şüarı altında təşkil edilib. Ölkəmizin daimi nümayəndəliyinin ənənəvi olaraq iştirak etdiyi “İllik bazar”da milli mədəniyyətimizi, maddi-mənəvi irsimizi, incəsənətimizi və adət-ənənələrimizi əks etdirən nümunələr nümayiş olunub. Azərbaycanın turizm potensialı, mədəniyyəti və incəsənətinə dair kitablar, jurnallar və digər materiallar iştirakçılara paylanıb. Azərbaycana aid nümunələr böyük maraqla qarşılanıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar