Litva Respublikasının ölkəmizdəki səfirliyinin əməkdaşı konsul xanım Şarune Kubiliute Azərbaycan Turizm İnstitutunun qonağı olub. Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı haqqında tələbələrə məlumat verən xanım Kubiliute Avropa İttifaqına üzvlüyün əhəmiyyəti, ölkəmizlə Aİ arasında ikitərəfli əlaqələr barədə ətraflı danışıb. Litvanın təhsil sistemi barədə danışan qonaq, eyni zamanda Avropa Parlamenti tərəfindən təsdiqlənmiş Aİ-nin təhsil, təlim, gənclər və idman üzrə yeni proqramı “Erasmus+” haqqında tələbələrə məlumat verib, onlara ünvanlanan müxtəlif sualları cavablandırıb.
Fəxriyyə