Ədəbi almanaxın təqdimatı

 

Azərbaycanın yazar qadınlarının “60 çiçək – bir çələng” adlı ədəbi almanaxı işıq üzü görüb. Aprelin 19-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında nəşrin təqdimat mərasimi olub.

Mərasim bədii hissə ilə başlayıb, qızlardan ibarət rəqs qrupunun ifasında kompozisiya təqdim olunub.

Nəşrin tərtibçisi və redaktoru, Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Lətifə Məmmədova almanax haqqında məlumat verib. Bildirib ki, kitab doğma Qarabağımıza, azad olunan torpaqlarımıza, böyük Zəfərimizə həsr olunub.

Kitab haqqında videoçarx nümayiş etdirilib.

Ön sözün müəllifi, yazıçı-publisist Nüşabə Məmmədli çıxışında “60 çiçək – bir çələng” almanaxına 60 yazar xanımın hekayə, şeir, esse, əfsanə, mənsur şeir, qəzəl, nağıl və xatirələrinin daxil edildiyini bildirib.

Tədbir digər çıxışlarla davam edib.

Qeyd edək ki, almanax “Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti” İctimai Birliyi və Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası ilə birgə hazırlanıb.