Londonda keçirilən festivalda Azərbaycan rəqsi

 

Londonun Trafalqar meydanında şəhər merinin himayəsi ilə “Eid in the Square” (“Meydanda bayram”) adlı festival təşkil olunub. Tədbirdə müxtəlif müsəlman icmalarının nümayəndələri öz ölkələrinin mədəniyyət nümunələrini təmsil edən ifalar nümayiş etdiriblər.

Festivala peşəkar xoreoqraf və Azərbaycan xalq rəqsləri müəllimi Səkinə Muxtarlı da qatılıb. Onun ifasında “Tərəkəmə” milli rəqsi alqışlarla qarşılanıb.

Tədbirdə Londonda yaşayan Azərbaycan icmasının üzvləri və azərbaycanlı tələbələr də iştirak ediblər. Səkinə Muxtarlı belə bir festivalda ölkəmizi təmsil etməkdən qürur duyduğunu bildirib.

Qeyd edək ki, Londonda hər il keçirilən “Eid in the Square” festivalını on minlərlə tamaşaçı izləyir.