“Bizim mərkəzdə sağlamlıqla bağlı insanı narahat edən bir çox problemlərin müalicəsi var”

Noyabrın 27-də «Four Seasons» hotelində Sloveniyanın «Roqaşka» kurortlarının təqdimatı keçirildi. Sloveniyanın «Sabyus Sin-tur» şirkətinin və onun Azərbaycandakı tərəfdaşı «Millennium Tourism & Congress DMC»nin təşkilatçılığı ilə baş tutan tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsi müdirinin müavini Rauf Qarayev, respublikanın aparıcı turizm şirkətləri və hotellərinin nümayəndələri iştirak edirdi.

Tədbiri «Millennium Tourism» şirkətinin icraçı direktoru Fərid Hüseynov açaraq, Sloveniya haqqında iştirakçılara qısa məlumat verdi. Bildirdi ki, Adriatik dənizi sahilindəki bu ölkə ərazi baxımdan böyük olmasa da, zəngin tarixi abidələrə və geniş turizm imkanlarına sahibdir.
«Sağlamlıq və Termal Turizmə Dəstək» İctimai Birliyinin sədri Ruslan Quliyev çıxışında Azərbaycanla Sloveniya arasında son illər geniş əlaqələr yarandığını, turizm sahəsində də əməkdaşlığın inkişaf etdiyini dedi: “Bu ölkədəki kurort və istirahət mərkəzlərinə Azərbaycan vətəndaşları maraq göstərirlər. Hesab edirəm ki, Sloveniya tərəfin Bakıda keçirdiyi təqdimat bu marağı daha da artıracaq, bu əməkdaşlıqdan hər iki ölkənin turizm təmsilçiləri məmnun qalacaq”.
«Sabyus Sin-tur» şirkətinin direktoru Draqo Rovişnyak Sloveniyadakı turizm mərkəzləri, müalicəvi sular, kurortlar haqqında ətraflı danışdı. Qeyd etdi ki, Sloveniyada həm yay, həm də qış turizmi üçün olduqca əlverişli təbii şərait mövcuddur. Dağ-xizək turizm mövsümü dekabrdan marta qədər, bəzi yerlərdə isə hətta may ayınadək davam edir.
«Roqaşka» tibb mərkəzinin baş həkimi Suzanna Lazarova təmsil etdiyi tibb mərkəzi haqqında məlumat verdi. Onun sözlərinə görə, il ərzində Azərbaycandan 20 mindən artıq turist qəbul edirlər: «Roqaşka» kurort mərkəzi Sloveniyanın şərqində, Adriatik dənizinin sahilində yerləşir. Bu, 1350 yerlik, 4 və 5 ulduzlu hotellərdən ibarət bir kurort regionudur.
“Donat Mg” mineral suyu «Roqaşka» kurortunda müalicənin əsasını təşkil edir. Bu su ilə mədə-bağırsaq, sinir sistemi, ürək-damar sistemi xəstəliklərini müalicə etmək mümkündür. Mineral su qısa müddətdə mədə-bağırsaqda olan erroziyanı, səpmələrin yaratdığı fəsadları, o cümlədən turşuluğun artmasını aradan qaldırır: “Bizim mərkəzdə sağlamlıqla bağlı insanı narahat edən bir çox problemlərin müalicəsi var». Yeni il bayramı ilə bağlı turistlər üçün müxtəlif proqramlar təşkil ediləcəyini də deyən Suzanna Lazarova azərbayanlı turistləri ölkəsinə dəvət etdi.
«Roqaşka» tibb mərkəzinin direktoru Zvona Novina isə qiymətlərin dünyanın məşhur müalicə mərkəzlərindən heç da baha olmadığını diqqətə çatdırdı: «Müalicə mərkəzlərimizdəki qiymətlər Avropanın tanınmış kurortlarından ucuzdur. Sloveniya il ərzində 1 milyondan çox turist qəbul edir. Onların təxminən dörddə biri müalicə məqsədilə gəlir. Balneoloji kurortlar ilin bütün fəsillərində fəaliyyət göstərir».







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar