Dekabrın 3-də Avropa İttifaqının «Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin imkanlarının gücləndirilməsi» adlı tvinninq layihəsinin rəhbər komitəsinin 3-cü iclası keçiriləcək.
İclasda layihə heyəti indiyə qədər görülən işlər, həyata keçirilən tədbirlər barədə iştirakçılara məlumat verəcək. Tədbirdə «Turizm və istirahət zonaları» adlı modelin yaradılması və idarə olunması üçün Turizm şöbəsinə dəstəyi ehtiva edəcək layihənin 4-cü komponentinin məqsədləri barədə də danışılacaq. Həmin modelin pilot layihəsi qismində ən münasib turizm zonası kimi Naftalan şəhəri seçilib.
Görüş zamanı layihə mütəxəssisləri şöbənin əməkdaşları ilə birgə qeyd olunan məsələlər və aparılan müzakirələr nəticəsində əldə edilən nəzəri bilik və təcrübənin effektiv şəkildə istifadə olunmasına dair fikir mübadiləsi aparacaqlar.

Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar