Fransa Şərq Dilləri və Sivilizasiyaları İnstitutunda (İNALCO) “Türk mədəniyyəti və dilləri günü” adlı tədbir keçirilib. Tədbirdə türk ölkələrinin milli adət-ənənələri nümayiş edilib.
İNALCO-da təhsil alan azərbaycanlı tələbələr də mədəniyyətimizi əks etdirən stend təşkil ediblər. Bayrağımızla bəzədilmiş stenddə ölkəmizin tarixi, mədəniyyəti, mətbəxi haqqında fransız dilində çap edilmiş kitablar, xalçaçılıq, eləcə də milli qədim sənətkarlıq nümunələri sərgilənib.
Tədbirdə türk xalqlarının incəsənət nümunələri təqdim olunub. Tələbələrimiz milli rəqsimizi ifa ediblər.
Tədbirə qatılanlar türk xalqlarının milli şirniyyatlarının, o cümlədən Azərbaycan paxlava və şəkərburasının dadına baxıblar.