Noyabrın 28-də Polşanın paytaxtı Varşavada «TTWARSAW-2013» adlı turizm sərgisi açılıb. Noyabrın 30-dək davam edəcək tədbirdə iştirak etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti Varşava şəhərinə ezam olunub. Sərgidə Azərbaycanın "Geo-travel", "Regea travel", "Heritage travel" və "Qafqaz travel" turizm şirkətləri də təmsil olunur.
Sərgidə turizm imkanlarımızın nümayiş etdirilməsi üçün 26 kvadratmetrlik lövhə qurulub. Turizm imkanlarımız haqda ingilis və rus dillərində hazırlanmış reklam-çap məhsulları ziyarətçilərə təqdim ediləcək.
Qeyd edək ki, ölkəmiz Polşada keçirilən beynəlxalq turizm sərgilərinə dəfələrlə qatılsa da, «TTWARSAW-2013» sərgisində ilk dəfə təmsil olunur.

Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar