Azərbaycan Turizm İnstitutunun tələbələri üçün «Hotel Menecmenti Treninq Proqramları» çərçivəsində təlim təşkil olunub. ATİ-nin mətbuat xidmətindən verilən xəbərdə bildirilir ki, «Jumeirah Bilgah Beach» hotelinin İnsan resursları şöbəsinin meneceri Pankaj Singh «Ünsiyyət» mövzusuna həsr olunan təlimdə iş zamanı düzgün davranış və nitq etikasından danışıb.
Tələbələr üçün rol-oyunlar təşkil olunub. Ünsiyyət zamanı «bədən dili»nin mühümlüyünə həsr olunan xüsusi təqdimat nümayiş etdirilib. «Hotel Menecmenti Treninq Proqramları» çərçivəsində təşkil olunan təlim ATİ-nin İctimaiyyətlə əlaqələr və Marketinq şöbəsinin təşəbbüsü ilə həyata keçirilir. Proqramın əsas məqsədi hotel idarəçiliyinin spesifik sahələri üzrə təlimlərin təşkilindən ibarətdir.

Fəxriyyə