İSEE Fransa Biznes Məktəbinin (Paris) əməkdaşı xanım Katrin Papin Azərbaycan Turizm İnstitutunda olub. İnstitutun rektoru, professor Cəfər Cəfərov təhsil ocağının fəaliyyəti, beynəlxalq əlaqələri barədə qonağa məlumat verib.
Ölkəmizə mütəmadi səfər edən K.Papin Avropa biznes universitetləri arasında beşinci yerdə olan İSEE Fransa Biznes Məktəbində 760 tələbənin təhsil aldığını bildirib. On iki il əvvəl əsası qoyulan bu tədris ocağı tələbələrin praktik qabiliyyətinin artırılması məqsədilə iş dünyası ilə yaxından əməkdaşlıq edir. Ali təhsil müəssisəsinin xüsusi önəm verdiyi sahələrdən biri də turizmdir. Görüşdə iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi, tələbə mübadiləsi barədə ümumi razılıq əldə olunub.

Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar