Ölkə Prezidentinin 2 sentyabr 2002-ci il tarixli fərmanı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar»a uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən oktyabr və noyabr ayları ərzində bir sıra turizm obyektlərinin mehmanxana kimi fəaliyyətinə dair xüsusi razılıq (lisenziya) verilib.
Bakıda fəaliyyət göstərən «İçərişəhər», «Crescent Beach Hotel», «Qız Qalası», «Azəri» mehmanxanaları, «Lion-Garden» moteli, «Buta» qonaq evi, Mingəçevirdəki «River Side» və «Miraj» mehmanxanaları, Xaçmaz rayonunda yerləşən «Çənlibel» və «Elay» istirahət mərkəzləri, Şamaxı rayonundakı «Göy qurşağı» istirahət mərkəzi və Qusardakı «Ladera» istirahət mərkəzi nazirliyin lisenziyası əsasında fəaliyyətini davam etdirəcək.
Bundan əlavə, oktyabr və noyabr ayları ərzində bir sıra şirkətlərə də nazirlik tərəfindən turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyalar verilib. Bunlar «Turizm.az», «Ebrou», «Kavminvod Kurortları Agentliyi», «Trend Travel», «SVİT», «EXOTİC-TOUR», «Favorit», «Silk Way Aviaşirkəti» məhdud məsuliyyətli cəmiyyətləridir.
Fəxriyyə