Azərbaycan Turizm İnstitutu tərəfindən rüblük nəşr edilən “Turizm və qonaqpərvərlik tədqiqatları” jurnalının 3-cü sayı çapdan çıxıb. Jurnalın bu sayında da turizm sahəsinə dair elmi məqalələr, bu sahədə aparılan tədqiqatlar, turizm bazarında baş verən proseslər haqqında məlumatlar, həmçinin müxtəlif ölkələrdə fəaliyyət göstərən ali təhsil ocaqlarının əməkdaşlarının maraqlı yazıları öz əksini tapıb.
Məqalələr Azərbaycan, ingilis, rus və türk dillərində dərc olunub.
ABŞ-ın Viskonsi Universitetinin professoru Cəfər Cəfərlinin «Turizm modelləri: sosial-mədəni aspektlər» adlı məqaləsində sosial-mədəni bilgilərlə təmin olunmuş, turistlər tərəfindən anlaşılan, funksional və struktur cəhətdən vahid bir çərçivədə birləşən tamamlayıcı iki turizm modeli təqdim olunur.
ATİ-nin dosenti Bahadur Bilalovun «Azərbaycanda müalicə-sağlamlıq turizmi: problemlər və perspektivlər» adlı məqaləsində ölkəmizdə bu sahənin inkişaf imkanları araşdırılıb.
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimovun «Dizayn hotellər» yazısında qeyd olunur ki, artıq dəbdəbəli, bəzəkli interyeri, bahalı mebeli, ləziz yeməkləri ilə məşhur olan hotellərlə kimisə təəccübləndirmək mümkün deyil. Müəllifin fikrincə, hazırda yeni turizm növləri ilə yanaşı, yeni hotel tipləri meydana çıxır ki, bunlara da dizayn hotellər deyilir.
İşıl Keskin, Səbuhi Aslanov, Yunis Kərimli, Sevil Kərimova, Samirə Əmirova, Viktor Şalayev və başqalarının məqalələri də maraqlı mövzulara həsr olunub.
Dünya dövlətlərinin təcrübəsi göstərir ki, inkişaf bütün sahələrdə elm və təhsilin tərəqqisi ilə sıx surətdə bağlıdır. Bu baxımdan, yeni təsis olunmuş «Turizm və qonaqpərvərlik tədqiqatları» jurnalı turizm sahəsində elmi tədqiqatların genişlənməsində və yayılmasında mühüm rol oynayır.

Fəxriyyə Abdullayeva 







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar