Dekabrın 13-14-də Bakıda 2-ci «Sağlamlıq Turizmi və İşbirliyi Günləri» adlı tədbir keçiriləcək. Türkiyənin Azərbaycandakı səfirliyindən verilən məlumata görə, «Avropa» hotelində baş tutacaq tədbirdə Türkiyənin səhiyyə və sağlamlıq turizmi sahəsində çalışan şirkətlər, təşkilatlar, xəstəxanalar və klinikalar təmsil olunacaq. Səfirlikdən bildirilib ki, bu, iki ölkə arasında müvafiq sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün vacib bir tədbir sayılır.
Tədbirə qatılanlar eyni zamanda həkimlərə sağlamlıq barədə suallar ünvanlaya bilərlər.
Qeyd edək ki, tədbirə Türkiyənin Səhiyyə, İqtisadiyyat nazirlikləri, qardaş ölkənin Azərbaycandakı səfirliyinin mədəniyyət və ticarət müşavirliyi və TİKA tərəfindən təşkilati dəstək verilir.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar