Azərbaycanın turizm mütəxəssisləri Rusiya Federasiyası Mari El Respublikasının Yoşkar-Ola şəhərində «İnsan, cəmiyyət, təbiət qlobal transformasiya dövründə: təhlükəsizlik və inkişaf» mövzusunda beynəlxalq fənlərarası elmi konfransda iştirak ediblər.
Povoljye Dövlət Texnologiya Universitetinin təşkilatçılığı ilə keçirilən konfransda Rusiya, ABŞ, Tacikistan, Azərbaycan və Türkiyənin ali təhsil ocaqlarının nümayəndələri iştirak ediblər. Üç gün davam edən konfransda 17 bölmə üzrə 400-dən çox məruzə dinlənilib.
ATİ-nin Turizm biznesinin təşkili və texnologiyası kafedrasının müdiri, dosent Bahadur Bilalov və kafedranın əməkdaşı Şəmsiyyə Tahirbəyova «Azərbaycan Respublikasının şimal-şərq regionunda etno-mədəni turizm ehtiyatları», institutun digər əməkdaşları Qəhrəman Yusipov «Azərbaycanın Lənkəran iqtisadi rayonunun inkişafında turizm sənayesinin əhəmiyyəti», Könül Rəfiyeva «Mədəni turizmin inkişafının qlobal aspektləri» mövzusunda məruzə təqdim ediblər.
Konfransda Bahadur Bilalov ABŞ-dakı Konkord Universitetinin nümayəndələri ilə birlikdə «Turizm və qonaqpərvərlik» bölməsinin işini aparıb. Tədbirin sonunda 2014-cü ilin may ayında turizmə dair beynəlxalq forumun keçirilməsi barədə razılıq əldə olunub.

Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar