2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarına qədər Azərbaycanda lisenziyasız fəaliyyət göstərən mehmanxana olmayacaq. Bu barədə jurnalistlərə açıqlama verən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, gələn ildən bu istiqamətdə ciddi işlər aparılacaq. Qeyd olunub ki, nazirliyin məqsədi Azərbaycanda normal standartlara uyğun olan, lisenziya əsasında fəaliyyət göstərən turizm təşkilatlarının sayının artırılmasıdır.
Turizm obyektlərində qiymətlərlə bağlı nazir bildirib ki, sahibkarlar ölkədəki mövcud şəraiti nəzərə almalı və qiymətləri buna uyğun tətbiq etməlidir. Nazir qeyd edib ki, Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti ölkəmizdə istirahətə üstünlük verir: “Amma vətəndaşlarımızın Gürcüstan, Türkiyə, Rusiya və ya başqa ölkələrə istirahətə getməsi də təbii prosesdir”.
Yeni il ərəfəsində turizm obyektlərində müxtəlif proqramların həyata keçirildiyini deyən nazirin sözlərinə görə, qış mövsümündə əsas istiqamət “Şahdağ” kompleksinin fəaliyyəti ilə bağlı olacaq: “Ümidvaram ki, bu mövsüm də qış idman növlərini sevənlər üçün lazımi şəraiti yarada biləcəyik”.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar