Bu il ölkəmiz 10 beynəlxalq sərgidə təmsil olunacaq

2014-cü ilin ilk ayında beynəlxalq turizm sərgilərinə də start verilir. Dünyanın müxtəlif şəhərlərində reallaşacaq sərgilərdə Azərbaycan da Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təmsil olunacaq.

Nazirliyin Turizm şöbəsindən aldığımız məlumata görə, bu il ölkəmiz 10 beynəlxalq turizm sərgisində iştirak edəcək. İştirakçısı olacağımız ilk sərgi Türkiyənin İstanbul şəhərində baş tutacaq. 30 yanvar - 2 fevral tarixlərində gerçəkləşəcək «EMİTT-2014» sərgisində nazirliyin Turizm şöbəsinin Tədqiqat işləri, statistika və lisenziyalaşdırma sektorunun müdiri Rəhman Oruclunun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edəcək. Heyətdə «Rixos Quba Azerbaijan», «Təbriz», «Divan Exspress», «Jumeirah Bilgah Beach Hotel», «Excelsior Hotel in Baku» mehmanxanaları, «Regea Travel», «Geo Travel», «Proksi Travel», «Gilan Turizm», «Millennium Travel» və «Qrinviç Travel» turizm şirkətlərinin nümayəndələri də yer alacaq.
Sərgidə ölkəmizin turizm imkanlarının nümayiş etdirilməsi məqsədilə 70 kvadratmetrlik sahə icarəyə götürülüb. Sərgi günlərdə iştirakçı və ziyarətçilərə paylanmaq üçün ingilis və türk dillərində müxtəlif növ reklam-çap məhsulları, digər təbliğat materialları hazırlanıb.
Qeyd edək ki, ölkəmiz 2003-cü ildən ənənəvi olaraq «EMİTT» beynəlxalq turizm sərgisində iştirak edir.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar