Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Mərdəkan Mədəniyyət Sarayında Azərbaycan Milli Konservatoriyasının nəzdində olan Musiqi Kollecinin birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə konsert proqramı keçirilib. 

Dövlət Himni səsləndirildikdən sonra qeyd olunub ki, ölkəmizin sürətli inkişafının əsasını qoyan, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev xalqımızın qəlbində daim yaşayacaq.

Konsert proqramında Musiqi Kollecinin tələbələri, xor kollektivi, Mədəniyyət sarayının “Lalələr” rəqs ansamblı və “Kiçik qala” rəqs qrupu çıxış ediblər.

Sonda Mərdəkan Mədəniyyət Sarayı tərəfindən tədbir iştirakçılarına təşəkkürnamələr təqdim olunub.