Ölkə Prezidentinin 2 sentyabr 2002-ci il tarixli fərmanı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında qaydalar»a və Nazirlər Kabinetinin 25 dekabr 2006-ci il tarixli qərarına uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2013-cü ilin dekabr ayı ərzində bir sıra mehmanxana və mehmanxana tipli obyektlərə, turizm şirkətlərinə fəaliyyət üçün xüsusi razılıq (lisenziya) verilib.
Bakıdakı «Qafqaz Park Hotel» mehmanxanası, Şirvanda yerləşən «Təbəssüm» mehmanxanası, Lənkəranda fəaliyyət göstərən «Relax» istirahət mərkəzi və «Səda» mehmanxanası, Ağstafadakı «Qərb Hotel» mehmanxanası, Masallı rayonundakı «Dəştvənd» istirahət mərkəzi, Şəki şəhərindəki «Şəki sahil» və «İSSAM» mehmanxanaları, Xaçmazdakı «Malibu» istirahət mərkəzi, Mingəçevir şəhərindəki «Səməni» moteli lisenziya alıb. Həmçinin «AFN Travel», «Kite Travel», «Gənzə Travel», «Vorld Travel», «Proksi Travel», «Exotic Travel», «Biletx Travel», «I Construction-Travel», «Eleqant-M LTD», «Alban-Avia» turizm şirkətləri nazirliyin lisenziyası əsasında fəaliyyət göstərəcək.
Fəxriyyə Abdullayeva