Belçikada fəaliyyət göstərən “FireLand” Azərbaycanlılar Birliyi ölkəmizin Belçika Krallığındakı səfirliyinin dəstəyi ilə Brüsselin Volüve-Sen-Pyer və Etterbek bələdiyyələrinin hər il may ayında birgə təşkil etdiyi ənənəvi festivalda iştirak edib.

Festivalda milli yeməklərin, içkilərin, Azərbaycan mədəniyyəti və incəsənətinə aid kitab və broşürlərin, kəlağayı və aksesuarların yer aldığı Azərbaycan stendi ziyarətçilərin marağına səbəb olub. Stenddə onlara ölkəmiz haqqında məlumatlar verilib.

Festivalda iştirak edən yerli siyasətçilər, partiya nümayəndələri milli təamlarımızın dadına baxıb, Azərbaycanla maraqlanıblar.

“FireLand”ın tərkibində yer alan rəqs qrupunun ifaları da maraqla qarşılanıb. Rəqsləri izləyənlər Azərbaycan stendinə yaxınlaşaraq ölkəmiz barədə məlumat əldə ediblər.