Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) təşkilatçılığı ilə Azərbaycanın 11 turizm agentliyinin təmsilçiləri qardaş ölkənin Bursa və Afyon şəhərlərindəki termal turizm təsisləri ilə tanış olublar.
TİKA-dan verilən məlumata görə, Azərbaycanın turizm şirkətlərinin nümayəndələri termal təsislərdə hidroterapiya müalicə metodları ilə yaxından tanış olub, mehmanxana və sanatoriyaların rəhbərləri ilə görüşüblər. Görüşlərdə Türkiyənin bu sahədə zəngin təcrübəsinin öyrənilməsi və Azərbaycanda tətbiqi məsələləri müzakirə olunub, eyni zamanda qardaş ölkənin termal turizm təsislərinə daha çox turist göndərilməsi üçün əməkdaşlığın gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar