Yanvarın 21-dən 24-dək Türkiyədə fəaliyyət göstərən «ANFAŞ Hotel Equipment»in təşkilatçılığı ilə Antalya şəhərində 25-ci Beynəlxalq Qarşılama və Yerləşdirmə Avadanlıqları İxtisas Sərgisi keçiriləcək.

«ANFAŞ Hotel Equipment»in Bakıdakı rəsmi tərəfdaşı «Zenit Tour Baku»nun direktoru Nəzər Eminovun qəzetimizə verdiyi məlumata görə, sərgi «Antalya Expo Center»də reallaşacaq. Dünyanın müxtəlif ölkələrindən hotel, turizm şirkəti, restoran, turizmlə əlaqəli qurumların iştirak edəcəyi sərgidə B2B görüşlər, workshoplar, seminarlar və s. təşkil olunur.
Şirkət direktoru bildirdi ki, sərgidə iştirak edəcək hotel nümayəndələrinin əksər xərcləri təşkilatçılar tərəfindən ödəniləcək. 5 ulduzlu hoteldə 3 gecə 4 gün qalmaq, hava limanından hotel və sərgi mərkəzinə transfer və s. təmin olunacaq.
Həmsöhbətimiz qeyd etdi ki, builki sərgiyə Azərbaycanla yanaşı, Orta Asiya respublikalarında fəaliyyət göstərən hotellərin nümayəndələri də dəvət edilib: «Təşkilatçıların məqsədi yaxın ölkələrin hotelçilərinin öz təcrübəsini bir-biri ilə bölüşmək imkanı əldə etməsidir. Bildiyiniz kimi, Antalya Türkiyədə çox inkişaf etmiş bir turizm bölgəsidir. Buraya ildə milyonlarla turist gəlir. Təbii ki, bölgədəki hotellərdə çalışanların da təcrübəsi böyükdür. Amma onlar yenə də öyrənmək istəyirlər, yeniliklərlə tanış olmaq, təcrübə mübadiləsi aparmaq, eyni zamanda öz təcrübələrini bölüşmək istəyirlər. Düşünürəm ki, Azərbaycanın hotel biznesində çalışanlar da bu sərgidə iştirak etməklə heç nə itirməzlər, əksinə, qazanarlar».
Sərgi çərçivəsində müxtəlif tədbirlər, görüşlər də təşkil ediləcək. Nəzər Eminov deyir ki, bu görüşlər «ANFAŞ Hotel Equipment»in VIP salonlarında baş tutacaq. «İkitərəfli iş görüşmələri tətbiqi» adı ilə reallaşacaq bu görüşlər zamanı hotel təmsilçiləri fikir mübadiləsi aparacaq, qarşılıqlı əməkdaşlıqla bağlı razılığa gələcək, eyni zamanda adıçəkilən hotelin təcrübəli mütəxəssislərinin fikirlərini dinləyəcəklər.
Nəzər Eminov onu da bildirdi ki, sərgidə iştirakla bağlı qeydiyyat yanvarın 12-dək davam edəcək. Azərbaycandan bu tədbirdə iştirak etmək üçün müraciət edən hotellər olsa da, onların sayı hələlik o qədər də çox deyil.

Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar