«Millennium Tourism & Congress DMC» Azərbaycan turizminə töhfə verməklə yanaşı, idmanın təbliğində də öz sözünü demək istəyir. Şirkətin dəstəyi ilə 2013-cü ilin avqustunda «Millennium Turizm» futzal klubu yaradılıb. Şahin Şahhüseynlinin baş məşqçi olduğu komanda qısa müddətdə uğurlu nəticələr qazanıb.
Hazırda «Millennium Turizm» futzal üzrə Azərbaycanın 2-ci liqasında mübarizə aparır. I dövrənin 14-cü turunun yekunlarına görə komanda 14 oyundan 39 xal toplayaraq turnir cədvəlinə başçılıq edir. I dövrənin bitməsinə 1 tur qalmış «Millennium Turizm» komandasının prinsipial rəqibi olan «Baku Fire»-i 4, «Akkord» və «Bolluq» komandalarını isə 5 xal qabaqlayır.
2-ci liqada I dövrənin son turunun əsas oyunu «Millennium Turizm» - «Baku Fire» matçı olacaq. Oyun yanvarın 12-də saat 16:00-da «Dinamo» idman kompleksində baş tutacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar