Avstriyanın tanınmış «MediaGuide» nəşriyyatı tibb, turizm, biznes və digər sahələr üzrə ölkənin aparıcı sorğu kitabçalarını çap edir. Bu günlərdə nəşriyyatın 2014-cü il üçün «Travel Guide» («Səyahət bələdçisi») kitabçası işıq üzü görüb. Kitabçada dünyanın müxtəlif turizm regionları, aparıcı kurort və sanatoriyalar, sağlamlıq mərkəzləri haqqında məlumatlar, səyahət və tətil üçün yeni marşrutlar və digər mühüm bilgilər əksini tapıb.
Bələdçidə Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və dəstəyi ilə «Azərbaycan - Xəzər dənizi sahilində kəşf etməyə dəyən Odlar Yurdu» başlıqlı məqalə dərc olunub. Məqalədə Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycanın turizm imkanları barəsində ətraflı məlumat verilir, sürətlə inkişaf edən Bakının tarixi memarlıq abidələri və müasir istirahət məkanlarından bəhs edilir.
Yazıda Azərbaycanın digər turizm regionları barədə də söhbət açılır, Gəncə, Quba-Qusar, Şəki, Qobustan və sair regionlarda turistlər üçün maraq doğuran istirahət məkanları, həm də qədim tarixi abidələr barədə mühüm məlumatlar təqdim edilir. Məqalədə Azərbaycanın dilbər guşələrinin təsvirləri də əks olunub. 

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar