Son illər Lerik rayonunda turizmin inkişafı sahəsində bir sıra uğurlar qazanılıb. Rayonun mənzərəli yerlərində inşa edilmiş istirahət mərkəzlərində turistlərin dincəlməsi və mənalı istirahəti üçün lazımi şərait yaradılıb. Bu mərkəzlərdə eyni vaxtda min nəfərə yaxın turistin dincəlməsi və istirahət etməsi üçün ən müasir standartlara uyğun şərait var. Ötən il rayonun turizm və istirahət mərkəzlərində 8 minə yaxın turist dincəlib. Onlardan təxminən 900 nəfəri xarici turist olub.
2013-cü ildə “Relax” turizm və istirahət mərkəzində “Akva-Park”, Lənkəran-Lerik avtomobil yolunun 36-cı kilometrliyində müasir kottec və hotellərə malik “Cənub” turizm mərkəzi istifadəyə verilib.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar