Çikaqoda beynəlxalq “Səyahətlər və sərgüzəştlər sərgisi” keçirilib. Sərgidə ölkəmizi “Azərbaycan möcüzələri” (“Wonders of Azerbaijan”) layihəsinin iştirakçıları olan “AL Travel”, “Caspian Breeze”, “CBT Azerbaijan”, “Express Tours” və “Intour Travel” turizm şirkətləri təmsil ediblər.

250-dən çox firmanın iştirak etdiyi sərgidə Azərbaycanın turizm şirkətləri amerikalı turistlərin rahat səyahət etmələri üçün mövcud imkanları təqdim ediblər.
“Wonders of Azerbaijan” layihəsinin marketinq üzrə meneceri Nigar Rəsulova deyib: “Azərbaycan möcüzələri” layihəsi ABŞ-ın aparıcı turizm agentlikləri və operatorları ilə işgüzar əlaqələr yaradılmasını nəzərdə tutur. Biz Şərqi Avropaya, Yaxın Şərqə və Mərkəzi Asiyaya səyahət turları ilə bağlı xidmətlər təqdim edən turizm şirkətlərinin mütəxəssisləriylə əməkdaşlığa xüsusi maraq göstəririk”.
Sərginin “Odlar yurdu və tolerantlıq mərkəzi” devizi ilə fəaliyyət göstərən Azərbaycan stendində ölkəmizin təbiəti, tarixi, mədəniyyəti, kulinariyası və konfessional müxtəlifliyi barədə materiallar nümayiş olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar