Azərbaycanlı ifaçıların konsert proqramı
İtaliyanın paytaxtı Romanın Kapitolini Muzeylərinin Protomoteka zalında azərbaycanlı ifaçıların iştirakı ilə konsert proqramı təqdim edilib.
Konsertdən öncə Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov səhnəyə çıxaraq qonaqları salamlayıb. Qeyd olunub ki, “Bakıdan Romaya: müxtəliflikdə musiqi birliyi” adlı konsert proqramı səfirliyin dəstəyi, Roma Şəhər Bələdiyyəsinin təşkilatçılığı ilə 18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə keçirilir.
Konsert proqramında Əməkdar artist, tarzən Sahib Paşazadə və fortepianoda Prezident təqaüdçüsü, beynəlxalq müsabiqələr laureatı Firuzə Bəylərova çıxış ediblər. Proqramda Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib, həmçinin milli musiqimizdən nümunələr ifa olunub.
Azərbaycan musiqiçilərinin ifaları alqışlarla qarşılanıb.